Güney Azerbaycan Xeber Ajansı  
 
Ana Sayfa  -   Arşiv   -  Linkler  -  Videolar  -  Bizimlə İlgi  - Bizimhaqda

صفحه اصلی   -   آرشیو    -  لینکها  ویدیوها  -  ارتباط  -  درباره ما

 خبر اکلین :

 hasan ¬

 تاریخ : 5/31/2010

 
 

 Güney Azərbaycanda 31 milli fəal həbs olunub
 

Güney Azərbaycanda 31 milli fəal həbs olunub

 Yaşar Həkkakpur: "Həbslər 22 may hadisələrinin dördüncü ildönümüylə əlaqədar həyata keçirilib"


"Hazırda tutulanlardan 17-si girov müqabilində məhkəməyədək sərbəst buraxılıb, 14 nəfərsə hələ də həbsdə saxlanılır"


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Yaşar Həkkakpur deyir ki, 22 may hadisələrinin dördüncü ildönümüylə bağlı indiyədək ən azı 31 milli fəal həbs olunub. Onlardan 17-si girov müqabilində məhkəməyə qədər həbsdən azad olub, 14 nəfər isə hələ də həbsdə saxlanılır. Həbslər Təbriz, Sulduz, Muğan və digər şəhərlərdə həyata keçirilib. Ancaq tutulanların hamısı "Ettelaat"ın Təbrizdəki bölməsində saxlanılır. Saxlanılanların vəziyyəti barədə ailələrinə heç bir məlumat verilmir, hansı ittiham üzrə həbs olunduqları da açıqlanmır. Həbs olunanların əksəriyyəti müəllim, mətbuat işçisi və tələbələrdir. Onun sözlərinə görə, neçə illərdir İranda dil, milli kimlik sahəsində çalışan fəallar zindana atılır. Lakin İrandakı mövcud hakimiyyətin dilini, kimliyini tələb edənlərə qarşı repressiv siyasəti uğursuzdur: "İranda insan haqlarını qoruyanlar ən çox təqib olunanlardır. Hakimiyyət indiyədək bir toplumun insani istəklərinin qarşısını həbslə, işgəncəylə ala bilməyib. İllər boyu Azərbaycanın mədəni və tanınmış fəalları çalışırdılar və istəklərini Babək qalasında, Səttarxan, 21 Azər mərasimlərində və zaman-zaman başqa mərasimlərdə mədəni şəkildə bildirirdilər. O zamanlar bu, təkcə ziyalıların arasında idi. Ancaq indi bu istək kütlənin, millətin arasına girib. Bunun nəticəsidir ki, "Traktor"un futbol oyunlarında yüz min nəfərin "Yaşasın Azərbaycan!", "Türk dilində mədrəsə!" şüarlarını səsləndirməsinin şahidi olduq. Bu göstərir ki, İrandakı mövcud hakimiyyətin fəalları tutmaq, əzmək siyasəti uğursuzdur. Ümumiyyətlə, azərbaycanlı fəallar yalnız dil və mədəniyyət azadlığı üçün yox, həm də iqtisadi bərabərlik üçün mübarizə aparırlar".


"Onlar öz kölgələrindən belə qorxurlar"


"Onlar öz kölgələrindən belə qorxurlar. Bir kiçik hüquqdur ki, insanlara verə bilərlər, bu kiçik hüququ əvvəlcədən insanlara versəydilər, indi bu dərəcəyə çatmazdı". Bunu Azərbaycan türkcəsi və milli kimlik uğrunda mübarizə aparan və mayın 23-də "Ettelaat" əməkdaşları tərəfindən həbs olunan milli fəal Lətif Həsənlinin bacısı Elnaz Həsənli deyir. Onun sözlərinə görə, İrandakı mövcud hökumət azərbaycanlılara ana dili və milli kimlik hüququ verməkdənsə, hər gün bu amala görə çalışan onlarla soydaşımızı zindanlara atır: "Qardaşım Lətif Həsənli beynəlxalq hüquq doktorudur, Kərəc Universitetində və mədrəsəsində dərs deyir. Ötən həftə 22 may hadisələrinin ildönümüylə bağlı keçirilən tədbirlərdə iştirak edib. Ertəsi gün onu küçədə saxlayıblar. Özü ilə birlikdə evinə gələn "Ettelaat" əməkdaşları axtarış apararaq kompüterini və başqa əşyalarını götürüblər. Həmin gündən Lətif Həsənli Kərəc şəhərindən "Ettelaat"ın Təbriz bölməsinə aparılıb. Ona qarşı rəsmi ittihamların irəli sürülüb-sürülməməsi barədə məlumat yoxdur". Elnaz Həsənli bildirir ki, doktor öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq Təbrizə aparılmasıyla bağlı məlumat verib: "Milli fəal yalnız bir gün "Ettellat"ın Kərəc şəhərindəki təcridxanasında saxlanılıb. Onu təyyarəylə Təbrizə aparıblar". Qeyd edək ki, Lətif Həsənli son illərdə dəfələrlə "Ettelaat"ın Tehran və Kərəc şöbələrinə çağrılaraq sorğu-suala tutulub. O, son bələdiyyə seçkilərində Kərəc şəhərindən öz namizədliyini irəli sürmüşdü. Lakin Keşikçilər Şurası onun namizədliyini qeydə almayıb.


Şəhram Radmehrdən xəbər yoxdur


"Mayın 23-də səhər 8 radələrində iş yerindən çıxarkən tutulub, "Ettelaat" əməkdaşları onunla evə gəlib axtarış aparıblar, sonra atamın evini axtarıblar, kitabları, kompüteri, CD-ləri götürüblər. Qardaşımı da özləriylə aparıblar. Sonra da zəng vuraraq "Ettelaat"ın Təbrizdəki şöbəsində olduğunu söylədi. Ondan sonra qardaşımdan xəbərimiz yoxdur". Bunu isə milli fəal Şəhram Radmehrin qardaşı Səccad Radmehr deyir. Onun sözlərinə görə, qardaşı Şəhram əvvəllər də milli fəal kimi həbs olunub: "Bundan əvvəl də 2003-cü ildə Təbrizin İmamiyyə qəbiristanlığında keçirilən 21 Azər mərasimində tutulmuşdu. Həmin vaxt ona 6 ay həbs cəzası verilmişdi". Səccad Radmehr də bir il əvvəl milli fəal kimi təzyiqlərə məruz qalıb və hazırda İsveçrədə mühacirətdədir.


Əkbər Azad həbs olunub


Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan azərbaycanlı jurnalist, yazıçı və tanınmış milli fəal Əkbər Azad tutulub. O, 5 gün əvvəl tutulsa da, xəbər yenicə yayılıb. "Ettelaat" əməkdaşları mayın 26-sı Tehranda Azərbaycan və fars dillərində çıxan "Varlıq" və "Yarpaq" jurnallarının əməkdaşı Əkbər Azadın mənzilinə gələrək onu naməlum istiqamətə aparıb. "Ettelaat" əməkdaşlarının jurnalistin evində axtarış apardığı, ona məxsus kompüteri, CD-ləri, kitabları və bir sıra şəxsi əşyaları götürdüyü bildirilir. Hətta onlar soydaşımızın ailə üzvlərinə məxsus kompüterləri də müsadirə ediblər. Hazırda onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. Milli fəalın oğlu Möhsün Azad isə bildirib ki, 5 gündür atasından xəbər yoxdur: "Onu evdən apararkən haraya və hansı ittihamla götürdüklərini də deməyiblər. Son iki ildə atamıın bütün mədəni fəaliyyətlərinə qadağa qoyulub. Ona görə də o heç bir işlə məşğul deyil. Ancaq bununla belə atamın şəxsi kitabxanasından bir çox kitablar müsadirə edilib və kitabların olduğu otağa möhür vurulub". Onun sözlərinə görə, Əkbər Azad Tehran və ya Təbrizə aparılıb: "Onu apararkən sorğu-sual edildikdən sonra sərbəst buraxılacağı bildirilsə də, üzərindən 5 gün keçməsinə baxmayaraq, hələ də milli fəaldan xəbər yoxdur". Möhsün Azad atasının mədəni fəaliyyətlərinə görə bundan əvvəl də dəfələrlə həbs olunduğunu vurğulayıb. Xatırladaq ki, Əkbər Azad Azərbaycan türkcəsi və mədəniyyətinin tanınması uğrunda apardığı fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutularaq, Əhər, Təbriz və Tehrandakı Evin zindanlarında həbsdə qalıb, eyni zamanda yüz gün təkadamlıq kamerada saxlanılıb. Daha sonra mülk girovu qarşılığında sərbəst buraxılıb. Hətta Bəzz qalasına yürüşdə iştirak etdiyinə görə Kəleybər İnqilab Məhkəməsi onun barəsində həbs qərarı belə çıxarıb. Əkbər Azad uşaqların təlimi ilə məşğul olan "Çiçəklər Quruluşu"nun, Azərbaycan Mədəni Dərnəklər Birliyinin və Dil və Mədəniyyət Ocağının təsisçilərindəndir. Onun Azərbaycan tarixi, dili və mədəniyyətilə bağlı çox sayda məqalələri dərc olunub.


Aydın Xaceini ailəsilə danışmağa qoymurlar


Güney Azərbaycan Milli Hərəkatının tələbə fəalı Aydın Xacei artıq ikinci həftədir ki, həbsdədir. Məhkəmə və təhlükəsizlik məsulları onun tutulmasının səbəbi və hansı şəraitdə saxlanılmasıyla bağlı heç bir məlumat vermirlər. Soydaşımızın işini araşdıran müstəntiq Haşımzadə Aydın Xaceinin ittihamı təhlükəsizlik məsələlərilə bağlıdır deməklə kifayətlənib. Milli fəal ikinci telefon əlaqəsi zamanı da anası və digər ailə üzvlərilə danışmağa nail ola bilməyib. Onun zəngi bir neçə saniyədən sonra kəsilib. Qeyd edək ki, Aydın Xacei Təbriz İnqilab Məhkəməsi tərəfindən iki il şərti həbs cəzasına məhkum olunduğundan onun sərbəst buraxılması sual altındadır.


Milli fəallar sərbəst buraxılıb


2006-cı il 22 may hadisələrinin dördüncü ildönümüylə əlaqədar həbsə alınmış Ramin Cabbari (jurnalist), Siyamək Mirzayi (tələbə), Hafiz Sərdarpur, Nadir Əzizi, Mehdi Zeynali və Əlirza Ləşkəri (Xiyav orta məktəbinin müəllimi) 11 gün təcridxanada saxlanıldıqdan sonra 15 min ABŞ dolları (15 milyon tümən) mülk girovu qarşılığında Ərdəbil zindanından sərbəst buraxılıb. Onlar mayın 17-də Muğan və Xiyav şəhərlərində tutulmuşdu. Soydaşlarımız əhalini 22 may hadisələrininin dördüncü ildönümündə etiraz aksiyasına dəvət etməklə milli təhlükəsizliyi pozmağa cəhddə ittiham olunurlar. Hazırda onların işi Ərdəbil İnqilab Məhkəməsində araşdırılır. Məlumata görə, milli fəallar saxlanıldıqları müddətdə döyülüb və işgəncəyə məruz qalıb. Onlar bu müddət ərzində ailə və vəkillərilə görüşmək hüququndan da məhrum olublar. Xatırladaq ki, 2006-cı il mayın 22-də İranın rəsmi qəzetində çıxan məqalədə Azərbaycan türkləri tarakana bənzədilmişdi. Bu təhqirə etiraz əlaməti olaraq Güney Azərbaycanın əksər şəhərlərində azərbaycanlılar parklara, xiyabanlara çıxaraq aksiyalar keçirmişdilər. Bu hadisələrdə onlarla azərbaycanlı həlak olmuş, minlərlə insan yaralanmış və həbs edilmişdi.    Türmənistandan müstəqil qaz kəməri


 Türkmənistan ölkənin təbii qazla zəngin olan şimal-şərq bölgələrini Xəzər hövzəsilə birləşdirəcək "Şərq-Qərb" adlı yeni qaz kəmərinin inşasına başlayıb.


VOA

 قایناق :  
 کاتگوری ¬ Türkce- Güney Azerbaycan  

0 بوخبرین یوروم سایی        0  اونای سیز یوروملار
     

         

Sayfalar  

 گروه رقص وموسیقی تبریز در بزرگترین فستیوال کانادا به همراه سی گروه رقص و موسیقی از ملتهای مختلف جهان

گروه رقص وموسیقی تبریز در بزرگترین فستیوال کانادا به همراه سی گروه رقص و موسیقی از ملتهای مختلف جهان
 

 بازی تراختور سازی آذربایجان و استیل آذین

بازی تراختور سازی آذربایجان و استیل آذین
 

 مطبوعات شونیستی و ضد آذربایجانی و حمایت آنها از ارامنه را افشا کنیم

مطبوعات شونیستی و ضد آذربایجانی و حمایت آنها از ارامنه را افشا کنیم
 

 آزربایجان موبیل کیتابی، ایکیمجی کیتاب

آزربایجان موبیل کیتابی، ایکیمجی کیتاب
 

 داریوش عبادپور آزاد شد

داریوش عبادپور آزاد شد
 

 بیانیه فعالین حرکت ملی ملیک کندی(ملیکان)در حمایت از حضور یک میلیونی

بیانیه فعالین حرکت ملی ملیک کندی(ملیکان)در حمایت از حضور یک میلیونی
 

 توهینهای شنیع به ملت آذربایجان، این بار در ساری

توهینهای شنیع به ملت آذربایجان، این بار در ساری
 

 گزارش کمیته حقوق بشر انجمن اسلامی دانشگاه تبریز و علوم پزشکی درباره فعالین مدنی دربند آذربایجان

گزارش کمیته حقوق بشر انجمن اسلامی دانشگاه تبریز و علوم پزشکی درباره فعالین مدنی دربند آذربایجان
 

 دیدار تراکتورسازی و پاس نیمه تمام ماند

دیدار تراکتورسازی و پاس نیمه تمام ماند
 

 آغاز سومین ماه بازداشت انفرادی یاشار کریمی و محمود فضلی

آغاز سومین ماه بازداشت انفرادی یاشار کریمی و محمود فضلی