|
Doktor Çöhrəqanlının GAMOH-dan İstefa Diləkçəsi ilə Bağlı GAMOH mərkəzi Komitəsinin Məktubu
Çox Sayğılı və Əziz Başqanımız!
Keçmiş əsrin sonlarından Güney Azərbaycan Milli Oyanış Hərəkatı bəşər haqları, demokrasi və uluslararası pirinsiplərə dayanaraq, Güney Azərbaycan ulusunu millətlər dustağı olan İran adlı ölkənin fars şuvinizəminin açıq və gizlin sümürgəçiliyindən qurtarmağa və öz milli muqəddəratını bəlirləmə haqqına varmağa, modern şəkildə mübarizəyə başlamışdır.
Milli qurtuluş mübarizəmizdə ulusumuzun əsarətinə və yurdumuzun işğalına son qoymağa can atan millətçilər və özəlliklə GAMOH-çular hər zaman bütün saldırılara və çətinliklərə baxmayaraq milli mənfəətlərimiz uğrunda sizin sonsuzcasına inamlı və özverili çalışmalarınızdan qatqılanıb və bu sürədə gəlişib və gəlişməkdədir.
Hörmətli Öndərimiz!
15 il öncədən Güney Azərbaycanda olduğunuz zaman qutsal milli qurtuluş yolumuzda örgütlənmə prosesin gərəkliyini duyub Türkçülük, Çağdaşlıq və İnanc Özəgürlüyü ilkələrini daşıyan Güney Azərbaycan Milli Oyanış Hərəkatını yaratmışsınız.
Bu sürəcdə milli amaclarımızın doğrultusunda üstləndiğiniz ulusal və tarixi başqanlıq görəvinizdə bir an dayanmadan, yorulmadan milli örgütümüzü çeşitli və kiritik aşamalardan sağlamlıq ilə bu günkü qonum və mohəşəm bir duruma çatdırmışsınız.
Şərəfli Güney Azərbaycan Türk Ulusu!
Əziz Millətçi və GAMOH-çular!
GAMOH Mərkəzi Komitəsi olaraq Doktor Çöhərqanlının "Artıq örgütlənmə ilə bağlı üzərimdə olan görəvi siz əzizlərə tapşırmağın zamanıdır " fikirlərini dəyərləndirib və sayın Çöhrəqanlının örgütəsl işləriylə yox bəlki örgütlərdən bağımsız çalışmaq zamanının gəlməsinə inanırıq.
Şərəf Dolu lidərimiz!
GAMOH Mərkəzi Komitəsi olaraq indiyədək üstlənədiğiniz örgüt başqanlığından habelə örgüt üyəliğındən istefanızı qəbul edərək, əsasnaməyə dayanaraq GAMOH yetkili qurultayında yeni başqanın seçilməsinədək başqana aid bütün yetkiləri GAMOH Mərkəzi Komitəsi üzərinə götürdüyünü bildiririk.
Sonunda özümüzü canla-başla Güney Azərbaycan ulusunun və milli qurtuluş yolumuzun yürdərləri olduğumuzu vurğulayaraq, qutsal qurtuluş yolumuzda bir an dayanmadan tarixi "Şərəfli Millətlər Öz Bayrağı Altında Yaşayar" sözünüzün gərçəkləşməsinə qədər geri oturmayacağımızı millətimizə və sizə söz veririk.
"Yaxın gələcək millətimizin istədiyi kimi qurtulacağı və özünə aid milli dövəltin quracağı zamanıdır. Ulusumuz arxanızda və tanrımız başınız üstə olaraq yardım edcəklərimizdən əmin ola bilrəsiniz."
Güney Azərbaycan Milli Oyanış Hərkatı- Mərkəzi Komitə
Təbriz – 2 June 2010
|