www.35000000.info

 خبر اکلین :

 hasan ¬

 تاریخ : 10/20/2009

 

 

  Dr.Çöhrəqanlı (Köçmuş yardan xatirələr) (3)
 

 Dr.Çöhrəqanlı (Köçmuş yardan xatirələr) (3)















 

























Dr.Çöhrəqanlı (Köçmuş yardan xatirələr) (3)






10/20/2009




Muhəndis Əmani yaşadıği məhəlləsində (Mənbeh)tanınmış,çox sevilən ve sayqıdəyər bir şəxsiyyətidir










                                 Köçmuş yardan xatirələr (3)


 


 


 Muhəndis Əmani yaşadıği məhəlləsində (Mənbeh)tanınmış,çox sevilən ve sayqıdəyər bir şəxsiyyətidir,bu iddiaya tanıq o məhəlləden çıxan seçgilər sonucuidi (110 adayın seçgilər yarışında olmasına baxmayaraq o bölgədə seçmənlərin yuzdə doxsan ikisinin (%92) oyunu qazana bilmişdik).


 


O əzizin karakter və özəl xususiyyətlərinə toxunursaq deməliyik ki şehid Əmanının Tebriz yuniversitəsindən əkincçilik muhəndisliyi almiş olmasına baxmayaraq,sanki bir sosyal elmlər və arti ədəbiyyat mevzunuidi.


 


O əziz çox sadıq düz ve doğruidi,onda əsla iki yuzluluk ve fırıldaqçılıq gormədim,qarşısındaki insanın xoşuna gəlib gəlməyəcəyinə önəm vermədən gərəkən söz ve görüşünü çox rahat söyləyən birisiidi.


 


Məncə hər bir sadıq insan onunla yalniz bir kez oturub dursaydı onun çekicilik ve cəzzabiyyətindən etgilənməməsi imkansızidi.


 


Dilimizi beyan fenlərinə uyqun çox rahat qonuşan,qonuşmalarında atalar sözü ve məsəllərimizdən yararlanan bir xətibıdı.


 


Azərbaycan ədəbiyyat və ozəlliklə musiqisində məndən çox irəlidəidi.


Çoxlu Azərbaycanlı şairlərin şe`rlərini özden(əzbərdən)bilən və çoxlu aşıqların və müğənnilərin mahnıların özdənləyərək şur və əlaqəilə oxuyan birisiidi.


Onda heç zaman qorxu hissi görmədim,ona görədə rejim məmurlarından heç zaman çəkinmedi və doğru bileni etdi və yapdı.


 


İllər boyu (beş il mən ev dostağında olan zamanlar, 1996-2001) evimə gəlib gedənlər ev qapısında və ya yaşadığımız küçənin ağzında rejim məmurları tərəfindən tanınır və çox zamanlarda tutuqlanırdılar,bunlara rağmən gəl gedini heç kəsmədi,demək olar ki onun qorxmamazlığı və bir yandanda rejimin alçaq məmurlarını saymamazlığı,şiddətlə onlarin sinirlənməsinə və hətta mühəndisə nisbət nifrət hissi tapmalarına səbəb olmuşdur.


 


Rejimin gizli servis məmurları onun bu tür davranışlarından cana gəlib bıxaraq onu normal olmayan bir şəkildə yurdərliyə (əsgərliyə) aldılar,o əzizi Tebrizə ən uzaq və ucqar bölgəyə göndərdilər (Birləşmiş Arəb Emirliyinə 12 KM qalmış,Əbu Musa adasına).


 


Bunlarin hamısına rağmən o əsla yorulmadı və yılmadi, o yurdərlik dovrundədə heç zaman ilgi və ilişgisini telefonları,mektubları və altı ayda bir murəxxəsiyə gələrək görüşmələriile kəsmədi.


 


O köçmüş əzizin bu hərəkətləri inanın ki Təbrizin bütün İttilaat idarəsini caynağindan çıxararaq,dəliyə çevirmişdi,ona görədə yurdərlikdən dönəndən qıssa bir sürəc sonra,onların təhdid və uyarılarına rağmən mənimlə irtibatını kəsmədiyi üçün sözdə qaçaqçılıq (sözdə mənimlə birlikdə qaçaq şampu aliş verişi yaptığı uçun,ona son göz daği vermək və məni tutuqlamağa başlanqıçgiriş olaraq tutuqladilar) suçundan yaxalandı.


 

Onu həftələr boyu işkəncə edəndən sonra mənimlə birlikdə inqilab məhkəməsinə gətirdilər (məhkəmənin muhakimə oturumunu bizi rusva edəcəklər diyə açiq tutmuşdular,xoşbaxlıqdan muhakimə oturumunda çöxlu G.Azərbaycanlı jurnalistlərdə varıydılar (aşağı yuxarı Təbrizin bütün jurnalistləri və hərəkətçi olaraq tanınmış Omide-Zəncan qazetəsinin Təbriz təmsilçisi ,arti yirmiyə yaxın oyrənci və hərəkətçidə o oturuma nazir olaraq qatılmışdılar).

 


Muhakimə surəcinde və ondan sonrası müddətdə  neçe onəmli qonuya işarə etməyimdə çoxlu yararların  olduğunu düşünürəm:

(on dord il ustundən geçməsinə rağmən bəlkə bəzi yeni yetmə hərəkətçilərimizə musbət etgisi olur diyə yazıram,əslində bunları o işarə etdiyim hərəkətçilər açıqlamalıydı mən yox…

 


-Həftələr işkəncələrdən sonra hərəkətimizin dirəniş,doğruluq,düzlük və sədaqət simbolu,tam Ittilaat məmurlarının istəyinin tərsinə,heç ulkmədən,çəkinmədən və qorxmadan olayın böhtan,saxta və qondarmalığına təkid edərək,məndən(o zamanlar hələ hərəkət olaraq bir termin yaradılaraq yayılmamışdır)mudafiə etməsi.


 


-Hakim mənə Ittilaat memurlarının huzurunda “sən Elçi bəyin bəndəsisən(qulusan)”diyəndən sonra mənim ona cavabım:”O özu tanrı quludur,mən qula qul olmam,amma sən şeytanın qulusan” ( başının üstündə olan Xamneyi ya da Xumeyninin şəkilinə işaret edərək).


 


-Mənim hakimə bu sözlərim(bunlar hamısı rekord olaraq orada hazır olan hərəkətçilərdə,o cumlədən işarə etdiyim qazetə təmsilçisində vardir və  olmalıdır):”Burax bu böhtanları ,bunu bil ki bu gün Azərbaycanın bir oğlu var ki döşün versin sənin güllələrinin(qurşun) qabağına(qarşısına) ,amma sənde o cəsarət yoxdur ki tirbarçılarını (tətikçi,tüfekçi) hazırlayasan və bunuda bil ki Azərbaycanın bu gün bir oğlu var ki sənin dar ağacının ipini boynuna salsın,amma sənde o cür`et yoxdur ki dar ağacını qurasan “ və ardıca hakimin suyu bitmiş qazan kimi pörtməsi və bu cümleni deməsi “ bə deməmişdim bunu qoymayın danışsın?demədim o danışirsa hər şeyi bir birinə vuracaq?


 


Çoxlarının bildiyi kimi muhakimə sonu məni sərbəst buraxmaq üçün,məndən ev qəbaləsi istədilər,dedim mən verməm,niyə verməm?Ona görə verməm ki heç bir günahım yoxdur və heç nədə isbatlayamadınız,ardıca meni aynı gün və mühəndisidə neçe gün sonrası zindana saldılar və mən nə etdiyimi və onun yeni hərəkətə başlayan(təti papı aşamasında olan) milli hərəkətimizə nəqədər musbət etgilər buraxacağını bilərəkdən içəriyə girdim,sonralar hamımız nəqədər düz və doğru qərar verdiyimizi görduk,deme ki məzulm hərəkətin qırxlı uşaq kimi süt yerinə bizim udacağimiz və qusacağımız qanlara ana sütü kimi ehtiyacı varımiş...


 


Ginə bildiyiniz kimi həmən mənim ölüm oruclarım başladı və...


Bunları sonralara saxlayalım və o gözəlim köçmüş yara dönəlim...


 


O ezizin milli hərəkətimizin alt yapısını (binövrəsini) salmaqda ve basmaqda bəzi çox onəmli rolları:


 


 


 


                                                                  Ardı olacaqdır 

20/10/2009

Ulusal Yurdər


 


Çağrı Çöhrəqanlı

 قایناق :  GAMOH.biz
 کاتگوری ¬ Güney Azerbaycan Xeber  

0 بوخبرین یوروم سایی        0  اونای سیز یوروملار
     

         

Sayfalar AZ_35000000@yahoo.com

 بازداشت بهنام شیخی فعال سیاسی آذربایجانی در اسلام شهر

بازداشت بهنام شیخی فعال سیاسی آذربایجانی در اسلام شهر
 

 تبریز ده آذربایجان میللی حرکتی فعاللارینین دونیا آنا دیلی گونو ایله باغلی بیلدیریسی

تبریز ده آذربایجان میللی حرکتی فعاللارینین دونیا آنا دیلی گونو ایله باغلی بیلدیریسی
 

 تایید احکام سنگین حبس فعالین آذربایجانی در دادگاه تجدید نظر

تایید احکام سنگین حبس فعالین آذربایجانی در دادگاه تجدید نظر
 

 ANA DİLİ gunu ilə bağlı

ANA DİLİ gunu ilə bağlı
 

 مصاحبه با بابک بخت آور، پسرآقای چنگیز بخت آور در رابطه با موضوع قتل شبه عمد پدرشان

مصاحبه با بابک بخت آور، پسرآقای چنگیز بخت آور در رابطه با موضوع قتل شبه عمد پدرشان
 

 همسر سعید متین پور فعال حقوق بشر و زندانی سیاسی آذربایجانی در مصاحبه با رادیو رمانه : سلامتی همسرم در خطر است

همسر سعید متین پور فعال حقوق بشر و زندانی سیاسی آذربایجانی در مصاحبه با رادیو رمانه : سلامتی همسرم در خطر است
 

 عارضه قلبی سعید متین پور در زندان اوین و امتناع مسئولین قضائی از دادن مرخصی جهت درمان وی

عارضه قلبی سعید متین پور در زندان اوین و امتناع مسئولین قضائی از دادن مرخصی جهت درمان وی
 

 بازداشت محمد علیمرادی فعال مدنی آذربایجانی و از هواداران تیم فوتبال تراکتورسازی در تبریز

بازداشت محمد علیمرادی فعال مدنی آذربایجانی و از هواداران تیم فوتبال تراکتورسازی در تبریز
 

 پاسخ منفی کلینتون به پیشنهاد احمدی نژاد

پاسخ منفی کلینتون به پیشنهاد احمدی نژاد
 

 سیاست رسانه ای ایران