Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Əli Hüseynnejad Makuda həbs edilib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, may hadisələri zamanı həbs olunan Əli Hüseynnejad 50 min dollar qoyaraq məzuniyyətə çıxıbmış. Lakin ETTELAAT onu yenidən həbsə alıb.
http://olaylar.az/?newsid=1256157724
İran səhiyyəsində biabırçılıq
Qadın doğuş zamanı ölüb
Güney Azərbaycanın Əhər şəhərində doğum evlərinin birində utancverici olay yaşanıb. Hamilə qadın ondan 500 dollar rüşvət istəyən həkimin tamahkarlığının güdazına gedib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, qohumları rüşvəti gec çatdırdığından həkimlər başdansovdu davranıblar və qadın doğum zamanı həlak olub. Doğulan körpə isə salamatdır.("OLAYLAR"İA)
http://olaylar.az/?newsid=1256157833
|