|
Bir müddət öncə həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Hadi Mürtəza Təbrizin ETTELAAT-inda saxlanılır. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, Şübhəli şəkildə rejim tərəfindən öldürülmüş milli hərəkatçı Çingiz Bəxtavərin dəfin mərasimində həbs olunmuş Hadi bəy İsfahanda təhsil alırdı. Qeyd edək ki, o həm də "Dan ulduzu" dərgisinin baş yazarı idi.
|