Kərəcli alim hələ də həbsdədir

Kərəcli alim hələ də həbsdədir

Mayın 24-də ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərində həbs edilmiş
Güney Azərbaycan Milli Hərəkatının fəalı Lətif Həsənli hələ də
həbsdədir. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının
"OLAYLAR"a verdiyi məlumata görə, əmniyyət qüvvələri həbs edildikdən
sonra Lətif Həsənlinin evində axtarış keçirib və hərəkatçıya aid
kitabları, CD-ləri aparıblar. Qeyd edək ki, şəhər şurası seçkilərində
namizədliyi rejim tərəfindən əngəllənmiş Lətif bəy Kərəcdə böyük nüfuza
malikdir. Beynəlxalq hüquq üzrə doktor olan Lətif bəy ali məktəbdə dərs
deyirdi.

http://olaylar.az/haber/kerecli_alim_.html


Editör : atropat
Site: Güney Azerbaycan Xeber Ajansı
URL: http://www.sananews.info//yazdir.asp?bolum=947&katid=48